hia.az
hia.az

"Güllələnmiş heykəllər"in alınaraq Azərbaycana qaytarılmasına 500 min dollar xərclənib

211 dəfə baxılıb 21-04-2022, 12:34

"Güllələnmiş heykəllər"in alınaraq Azərbaycana qaytarılmasına 500 min dollar xərclənib

Erməni işğalı nəticəsində qarət edilərək Gürcüstana aparılan "Güllələnmiş heykəllər"in alınmasına xərclənən məbləğ açıqlanıb.

Hia.az xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı qeyd edib.

O bildirib ki, heykəllərin alınması və Azərbaycana gətirilməsi üçün 500 min dollar xərclənib: "O heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd olmuşdu. Gürcüstan hökümətinin köməyi ilə heykəllər alınaraq, Azərbaycana gətirilib. Artıq həmin heykəllər bərpa edilib və Şuşada, öz tarixi yerindir".

İcraçı direktor eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb: "2000-ci ilin 23 dekabrında erməni keşiş müsahibəsi zamanı etiraf etmişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparmışıq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi