"Sərhədi keçən vətəndaşlarımızın təxliyə olunması proqramı mövcuddur" - Ombudsman
212 dəfə baxılıb
4-03-2022, 10:28
"Dövlət tərəfindən Ukraynada sərhədi keçən vətəndaşlarımızın Azərbaycana təxliyə olunması və burada yerləşdirilməsi proqramı mövcuddur".
Bunu "Unikal"a açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.
O bildirib ki, müvafiq qurumlar bu istiqamətdə lazımi işləri aparırlar: "Heç bir narahatlıq yoxdur. Artıq dünən də Rumıniyadan bir qrup Azərbaycan vətəndaşı ölkəmizə gətirilib. Hazırda bu proses davam edir".