hia.az
hia.az

Pirallahının inkişafında Vasif İmanovun əvəzsiz rolu

414 dəfə baxılıb 16-04-2020, 19:28

Pirallahının inkişafında Vasif İmanovun əvəzsiz rolu
Son illərdə Azərbaycan sürətlə inkişaf edərək bütün sahələrdə böyük uğurlar qazanıb. Prezident İlham Əliyevin təsdiq etdiyi müvafiq Dövlət Proqramlarına əsasən Bakı şəhəri və onun rayonları, o cümlədən Pirallahı rayonu böyük inkişaf yolu keçib. Pirallahı paytaxtın ən gənc rayonu olmasına baxmayaraq, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Bakı rayonları arasında öz layiqli yerini tutub. Dövlətimizin başçısının dediyi kimi, Pirallahının siması dəyişib və o, bu gün Bakının ən qabaqcıl rayonlarından birinə çevrilib.Pirallahı rayonun inkişafında icra başçısı Vasif İmanovun rolu əvəzolunmazdır. İcra başçısının göstərişləri və fəaliyyəti əsasında Pirallahının inkişafı daha da sürətlənir.
Fevralın 11-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib
Yenilənmiş növbəti həyət Pirallahı rayonu, S.Bağırov küç. 1, 2a, 8 və 16 ünvanlarında 400 nəfər sakinin yaşadığı 4 binanı əhatə edir.
“IDEA” İctimai Birliyinin könüllüləri tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak ediblər.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaq meydançası salınıb.
Eyni zamanda, ərazidə 3 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün konteynerlər quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 150 ədəd ağac və kollar əkilib, 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Pirallahı rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Rayonda aztəminatlı, tənha, ahıl insanlar da daim diqqət mərkəzində saxlanılır. Xüsusi komissiyanın araşdırmaları nəticəsində rayon ərazisində bu qəbildən olan insanların sayının 700-ə nəfərə yaxın olduğu müəyyən edilmişdir. Bu günədək Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 450 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha və kimsəsiz insanlara ərzaq və maddi yardımlar göstərilib. Qeyd edək ki, bütün respublika ərazisində hər zaman imkansız ailələrə xüsusi diqqət ayıran Heydər Əliyev fondu bu gün də Pirallahı rayonunda 100 ailəni maddi yardım və xüsusi qoruyucu maskalarla təmin etdi. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha əvvəldə göstərilən yardımların davamı olaraq 42 ailəyə maddi yardımlar göstərilir. Ümumilikdə, bu günədək 592 ailəyə maddi və humanitar yardımlar göstərilmişdir.
Əhaliyə göstərilən bu diqqət və qayğıya görə rayon əhalisi ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnərdarlığını bildirdi.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fiziki və hüquqi şəxslər tərəfindən rayon əhalisinə göstərilən yardım kampaniyaları bundan sonra da davam etdiriləcək.
Bu və digər layihələrin reallaşması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onların sosial məsələlərinin həlli, əhalinin rifahının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pirallahı rayonunda icra olunan genişmiqyaslı infrastruktur layihələrinə, yeni iş yerlərinin açılmasına, ümumilikdə rayona göstərilən diqqət və qayğıya görə sakinlər Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Pirallahı rayonu icra başçısı İmanov Vasif Həsən oğluna
dərin minnətdarlıqlarını bildirirlər.

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi