Gizlənqaç oynayan azyaşlı transformatora girdi, ayaqları və qolu amputasiya olundu

Bakıda gizlənqaç oynayan zaman tranformatora girən doqquz yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub.
Hia.Az-ın xəbərinə görə, bununla bağlı məlumatı sosial şəbəkədə jurnalist Esmira Cavadova paylaşıb.
Onun sözlərinə görə, uşağın valieynləri olmadığı üçün əməliyyat üçün nənəsindən razılıq alınıb:
“Bir həkim qarşıya çıxıb o kimsəsiz uşağın müalicəsini üzərinə götürmədi. Halbuki barmaqlarını kəsməkdə kifayətlənə bilərdilər”.
Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, uşağın müalicə işləri 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsində davam etdirilir:
“Hazırda vəziyyəti kritik qiymətləndirilir, həyati təhlükəsi qalır”.
Qeyd edək ki, hadisə ötən həftə Nizami rayonu, Babək prospektində, “Azərişıq” ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.
Ağır vəziyyətdə olan Zəhra Əliyeva 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
| « Ekim 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||