hia.az
hia.az

Ali Məhkəmənin sabiq sədri həbs edildi

413 dəfə baxılıb 24-01-2019, 12:50

Ali Məhkəmənin sabiq sədri həbs edildi
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri Yanq Sunq-te səlahiyyətlərindən sui istifadədə, məhkəmə proseslərinə təsir etməklə əvvəlki hökumətə lobbiçilik fəaliyyəti göstərməkdə təqsirli bilinərək həbs olunub.

Unikal.org xəbər verir ki, Seul mərkəzi rayon məhkəməsinin sabiq sədrin həbsi üçün qərarı elan etməsindən dərhal sonra o, paytaxtdakı təcridxanaya gətirilib. Uzun illər məhkəmə-hüquq sistemindən çalışmış 71 yaşlı sabiq sədr 40-a yaxın cinayət işində şübhəli bilinir.

Bildirilir ki, 2011-2017-ci illərdə Ali Məhkəməyə rəhbərlik etmiş Yanq-Sunq-te impiçment yolu ilə ölkə prezidenti vəzifəsindən uzaqlaşdırılan və sonradan azadlıqdan məhrum edilən Pak Kın-he hökumətinin bir çox qanunsuz fəaliyyətinə dəstək verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi