hia.az
hia.az

İki nəfər qar uçqununa düşərək öldü

240 dəfə baxılıb 21-01-2019, 12:45

İki nəfər qar uçqununa düşərək öldü
Şənbə günü İsveçrənin qərbində yerləşən Fribur və Vo kantonlarında qar uçqunu nəticəsində iki nəfər həyatını itirib.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "swissinfo.ch" portalı yazıb.

Bildirilir ki, Fribur kantonunun Şarme bələdiyyəsində qar uçqunu 14 nəfərdən ibarət qrupun bir yerdə hərəkət etməsindən sonra baş verib. Nəticədə 3 nəfər qar kütləsinin altında qalıb və vertolyotlarla xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərdən 55 yaşlı birinin həyatını xilas etmək mümkün olmayıb.

Bənzər hadisə Vo kantonunun Şato-d'O bələdiyyəsi ərazisində də baş verib. Burada Fransadan olan 3 xizəkçi qar topası altında qalıb. Xilasedicilər iki nəfəri qarın atından sağ çıxarda biliblər, lakin 39 yaşlı kişi həyatını itirib.

İsveçrədə qar uçqunu nəticəsində bir qrup turist itkin düşüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi