hia.az
hia.az

Boru kəməri partladı - 76 nəfər ÖLDÜ

389 dəfə baxılıb 20-01-2019, 13:45

Boru kəməri partladı - 76 nəfər ÖLDÜ
Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə "El Universal" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində yerli sakinlər tərəfindən qanunsuz olaraq deşilən vaxt baş verib. Hadisə zamanı ərazidə 350 yerli sakin olub.

Bir sıra ölkələrin rəhbərləri ölənlərin yaxınlarna başsağlığı verib. ABŞ Meksika hökumətinə dəstək verməkdə və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməkdə hazır olduğunu bildirib.

Daha əvvəl partlayış zamanı 66 nəfərin öldüyü xəbər verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi