hia.az
hia.az

“Nar bağı” filmi Polşada beynəlxalq festivalda yüksək mükafata layiq görülüb

338 dəfə baxılıb 12-11-2018, 12:46

“Nar bağı” filmi Polşada beynəlxalq festivalda yüksək mükafata layiq görülüb

Polşada keçirilmiş “Golden Anteaters-2018” Lüblin kinofestivalının qalibləri bəlli olub.

AZƏRTAC xəbər verir ki, 8 tammetrajlı və 128 qısametrajlı filmin iştirak etdiyi festivalda azərbaycanlı rejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filmi yüksək mükafata layiq görülüb. Tammetrajlı filmlər arasında Qran-Pri qazanmış film 2017-ci ildə çəkilib.

Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

Lüblin kinofestivalında qalib gələn filmdə əsas mövzu adi Azərbaycan ailəsinin həyatı, onların yaşadığı güclü emosional hadisələrdir.

Filmin dünya premyerası Çexiyanın “Karlovı Varı” Beynəlxalq film festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib.

Azərbaycandan “Xarici dildə ən yaxşı film”ə görə Oskar mükafatına təqdim olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi