On bir ayda Gömrük Komitəsi tərəfindən 8 min 91 inzibati xəta faktı qeydə alınıb
Cari ilin yanvar-noyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən 8 min 91 inzibati xəta faktı aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bunlardan 265-i gizli keçirmə, 370-i bəyan etməmə, 5 min 982-si malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması, digər inzibati xəta faktlarıdır.