hia.az
hia.az

Reproduktiv sağlamlığa həsr olunmuş konfrans keçirilib

348 dəfə baxılıb 18-12-2018, 13:34

Reproduktiv sağlamlığa həsr olunmuş konfrans keçirilibAzərbaycan Tibb Assosiasiyasının (ATA) Pediatriya və Ginekologiya dərnəklərinin, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Reproduktiv Sağlamlıq: Tibbi və Psixoloji Aspektlər” mövzusunda birinci milli konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd problemlərə multidisiplinar yanaşmanı təşviq etməkdir. Tədbirdə ginekoloji, psixoloji, pediatrik mövzularda 12 məruzə dinlənilib. ATA Pediatriya Dərnəyinin koordinatoru, dosent Nigar Sədiyeva, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin psixoloji məsləhətçisi, cinsi münasibətlər üzrə terapevti Maarif Məmmədov, ATA Ginekologiya Dərnəyinin koordinatoru, tibb üzrə fəlsəfə doktoru Turab Canbaxışov və başqaları cinsi sağlamlıq, ailə münasibətləri, uşaqlara və yeniyetmələrə düzgün yanaşma ilə əlaqəli mövzularda məruzələrlə çıxış ediblər.

Konfransda iştirak edən həkimlərə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiqlənmiş davamlı tibbi təhsil üzrə kredit saatları olan sertifikatlar verilib.

Konfrans bədii hissə ilə davam edtirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi