hia.az
hia.az

Uzun Həsənə həsr olunan nadir eksponatlar Heydər Əliyev Mərkəzinə gətirilir - Video

67 dəfə baxılıb 25-10-2023, 15:43

Uzun Həsənə həsr olunan nadir eksponatlar Heydər Əliyev Mərkəzinə gətirilir - Video

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində açılacaq “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayiş olunacaq eksponatlar Mərkəzə gətirilməkdədir.

Hia.az xəbər verir ki, İstanbuldakı Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi eksponatlar ilk dəfə Azərbaycanda təqdim ediləcək.
Ətraflı

Noyabrın 1-dən 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumat və eksponatları izləmək mümkün olacaq.

Bu sərgi üçün hazırlanan və Ağqoyunlu dövləti dövrünə aid miniatürlərin əks olunduğu xalçalar, eləcə də Uzun Həsənin obrazını əks etdirən çini heykəlçiklər də hazırlanır. Ziyarətçilər bütün bu suvenirləri sərginin davam etdiyi müddətdə Heydər Əliyev Mərkəzindən əldə edə biləcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi