hia.az
hia.az

Bu həftə 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək

293 dəfə baxılıb 22-11-2018, 13:54

Bu həftə 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, artıq 281 vərəsədən 150-dən çoxu ödəmə ilə təmin olunub. Bundan başqa, əlavə sığorta ödənişinin verilməsinə dair məhkəmə aktı olan daha 471 vərəsənin hesabına birdəfəlik ödəniş edilib. Bu həftə daha 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödənişlərin edilməsi nəzərdə tutulub.

Şəffaflığın həyata keçirilməsi üçün qaydalar da hazırlanıb. Bunun üçün vərəsələr şəhidlik statusunun tanınmasına dair bütün sənədləri yalnız “ASAN xidmət”ə təqdim edirlər. Bu isə həm vaxt itkisinin qarşısını alır, həm də vətəndaşı əlavə əziyyətlərdən xilas edir. Ödəmələr vərəsələrin bank hesabına köçürüləndə onlara bildirişlər göndərilir.

Birdəfəlik ödəmələrin verilməsi gələn ilin sonunadək başa çatdırılacaq.

Xatırladaq ki, ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi