hia.az
hia.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Koreya İnkişaf İnstitutu birgə layihələr həyata keçirəcək

322 dəfə baxılıb 29-01-2019, 12:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Koreya İnkişaf İnstitutu birgə layihələr həyata keçirəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən Bilik Mübadiləsi Proqramı (Knowledge Sharing Program) çərçivəsində Koreya İnkişaf İnstitutunun nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizin əmək bazarında mövcud vəziyyəti, eləcə də əmək bazarının tənzimlənməsi, təhlili və proqnozlaşdırılması, peşə standartlarının hazırlanması, qeyri-formal məşğulluqla mübarizə sahəsində nazirlik tərəfindən aparılan işləri diqqətə çatdırıb.

Koreya İnkişaf İnstitutunun nümayəndəsi Yoonjung Kim də öz növbəsində Bilik Mübadiləsi Proqramı, Koreya Respublikasının həmin proqram çərçivəsində digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri və sosial sahədə tərəfləri maraqlandıran istiqamətlər üzrə 2020-2021-ci illər üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi