hia.az
hia.az

Şotlandiyada “xərçəng dərmanları yumurtlayan” toyuqlar yetişdirilib

355 dəfə baxılıb 28-01-2019, 12:57

Şotlandiyada “xərçəng dərmanları yumurtlayan” toyuqlar yetişdirilib
Şotlandiyada tədqiqatçılar tərkibində bəzi xərçəng növləri ilə mübarizdə istifadə edilən dərmanlar olan toyuq yumurtaları əldə ediblər. Genetik modifikasiya olunmuş bu toyuqların “dərman yumurtaları” dərman şirkətlərinin satqıları xərçəng preparatlarından 100 dəfə ucuz başa gəlir.

AZƏRTAC BBC-lə istinadla xəbər verir ki, mütəxəssislər bu yumurtaların kütləvi satışa çıxarılacağına ümid edirlər. Edinburq şəhərindəki “Roslin Technology” şirkətinin nümayəndəsi Liza Herronun bildirdiyinə görə, “bu cür yumurtaların əldə edildiyi toyuqlar üçün xüsusi hinlər düzəldilib və onlar normal şəkildə yumurtlayır. Əsas məsələ bu quşların yeminə əlavə olunan dərmanlar və onların genetik modifikasiyasının dəyişməsidir. Yumurtalarda olan zülallardakı dərmanlar isə apteklərdə satılanlardan 100 dəfə ucuz başa gəlir”.

Alimlər bundan əvvəl də genetik modifikasiya olunmuş keçi südü və toyuq yumurtalarından müalicədə istifadə olunacaq zülallar alınacağını bildirmişdi. Məlum olduğu kimi, bəzi xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəbi orqanizmin müəyyən bir kimyəvi maddənin və ya proteinin istehsalını dayandırmasıdır. Toyuq yumurtalarındakı həmin maddələr orqanizmdə bu prosesi yenidən bərpa edə bilər. Burada başlıca amil toyuğun DNT-sinin və yumurtanın ağında olan maddənin dəyişməsidir. Tədqiqatçılar diqqəti insanın immun sistemindəki iki vacib proteinə yönəldiblər: Bunlardan birində - IFNalpha2 proteinində antivirus və xərçənglə mübarizə xassələri var. Digər CSF proteini isə hüceyrələrin özlərini bərpa etmələrinə kömək edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi