hia.az
hia.az

Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

365 dəfə baxılıb 28-01-2019, 12:55

Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum edilmiş paytaxt sakini Əfqan Məmmədov saxlanılıb. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2,618 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun Maştağa qəsəbəsi M.Mirəliyev küçəsində yerləşən yarımtikilidə gizlətdiyi ona məxsus 510 qram heroin də götürülərək istintaqa təqdim edilib. Saxlanılan şəxs narkotik vasitəni bir müddət əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib.

Faktla bağlı bölmədə toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi