hia.az
hia.az

Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır

295 dəfə baxılıb 21-11-2018, 13:21

Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır

YAP Pirallahı rayon təşkilatı “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illiyi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Pirallahı rayon təşkilatı aparatının baş məsləhətçisi İlham Əskərov Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günədək keçdiyi şərəfli yoldan danışıb. Qeyd edib ki, bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada ümummilli lider Heydər Əliyevin qurmaq, görmək istədiyi müasir Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq. Ümummilli lider Heydər Əliyevin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi qarşıda dayanan vəzifələrin həllinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, Azərbaycan cəmiyyətində dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan irəli gəlir.

YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Bəxtiyar Balakişiyev qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı qarşısında duran vəzifələri uğurla həyata keçirir. Təşkilat öz ənənəsinə sadiq qalaraq rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilir.

Sonra çıxış edənlər Yeni Azərbaycan Partiyasının regionda ən güclü siyasi təşkilata çevrildiyini vurğulayıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Partiyanın dünəni zəngin və şərəflidir, bu günü quruculuqdan və xalqa xidmət qayğılarından ibarətdir.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi