hia.az
hia.az

Türkiyədə batan gəminin azərbaycanlı kapitanının meyiti tapıldı

266 dəfə baxılıb 20-01-2019, 13:59

Türkiyədə batan gəminin azərbaycanlı kapitanının meyiti tapıldı
Qara dənizdə “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşı, gəmi kapitanı Turbat Kamil oğlu İsmayılovun meyiti tapılıb.

Bu barədə hia.az-a Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Vanuatu bayrağı altında üzən “NURS” quru yük gəmisi Rusiya Federasiyasının Tuapse limanından 48 mil qərbə “Volqo Balt 214” gəmisinə aid içərisində bir cəsəd olan xilasedici qayıq aşkar edib.

Hava şəraiti əlverişli olmadığından cəsədi qayıqdan götürmək və qayığı sudan qaldırmaq mümkün olmayıb. “NURS” quru yük gəmisi qayığı yedəyə götürərək Rusiyanın Novorosiysk limanına istiqamət alıb.

Limana çatan quru yük gəmisindən götürülən cəsədin şəxsiyyətinin müəyyən edilməsi prosesi həyata keçirilir.

Cəsədin Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsus olduğu qeyd edilir.

Xatırladaq ki, “Volgabalt 214” gəmisi yanvarın 7-də Qara dənizdə batıb.

Gəmidə 13 nəfər heyət üzvü olub. Onlardan on biri Ukrayna, ikisi Azərbaycan vətəndaşı olub.

Qəza nəticəsində altı nəfər, o cümlədən, Azərbaycan vətəndaşları İbrahimov Məmmədəli Surxay oğlu və İsmayılov Türbət Kamil oğlu həyatını itirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi