hia.az
hia.az

Xaçmazda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

305 dəfə baxılıb 16-01-2019, 13:12

Xaçmazda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Xaçmaz rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 16-da saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi