hia.az
hia.az

Qax rayonunda piyadanı maşın vurub

412 dəfə baxılıb 1-12-2018, 13:16

Qax rayonunda piyadanı maşın vurubBu gün axşam saatlarında Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ləkit kənd sakini Aslanov Xalid Hacıbaba oğlu Qax şəhərinin girişində yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Aslanov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi