hia.az
hia.az

Tərtərdə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib

430 dəfə baxılıb 29-11-2018, 14:32

Tərtərdə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib Müdafiə Nazirliyi və Tərtər rayon Qarabağ Qaziləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlar şəxsi heyət qarşısında çıxış edərək işğal olunmuş torpaqlarımızın tezliklə azad edilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin öz bəhrəsini verəcəyini və bu vəzifənin uğurla həyata keçirilməsi üçün müasir silah, döyüş texnika ilə təchiz edilmiş, yüksək hazırlığa malik Azərbaycan Ordusunun hər an döyüşə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qarabağ müharibəsinin iştirakçıları keçdikləri döyüş yolları barədə şəxsi heyətə məlumat veriblər.

Sonra qonaqlar hərbi hissədə şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, onların qış mövsümünə hazırlığı, ərzaq təminatı ilə maraqlanıblar. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi