hia.az
hia.az

Hacıqabulda iki avtomobil toqquşub - 8 nəfər yaralanıb

388 dəfə baxılıb 26-11-2018, 12:40

Hacıqabulda iki avtomobil toqquşub - 8 nəfər yaralanıb
Hacıqabul rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

hia.az-ın report.az-a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının 125-ci kilometrliyində, Hacıqabul şəhərinin çıxışında qeydə alınıb.

"07-EG-547" dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı avtomobillə "90-DA-004" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 6-sı ağır olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar 3-ü reanimasiya şöbəsinə olmaqla Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkmişlərdən hələ ki, 5-nin adı məlumdur. Bunlar Bakı sakinləri - 1991-ci il təvəllüdlü Köçəliyeva Elnarə Əhməd qızı, 1968-ci il təvəllüdlü Pirişova Rübabə Şahlar qızı, 1981-ci il təvəllüdlü Mikayılova Samirə Hacıbala qızı, 1986-cı il təvəllüdlü Tağızadə Şəhla Firdovsi qız və 1967-ci il təvəllüdlü Həsənova Yaqut İlham qızıdır.

Digərlərinin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi