hia.az
hia.az

Kür çayında icazəsiz balıq ovlayan şəxs saxlanıldı

372 dəfə baxılıb 22-11-2018, 13:56

Kür çayında icazəsiz balıq ovlayan şəxs saxlanıldıEkologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Tovuz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Nazirlikdən hia.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Tovuz rayon sakini Rövşən Salmanov olduğu müəyyən edilib, ondan ovladığı balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq R.Salmanov barəsində 451 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi