hia.az
hia.az

Ərini öldürüb ayaqyoluna atan qadın hakim qarşısına çıxarılır

413 dəfə baxılıb 21-11-2018, 13:22

Ərini öldürüb ayaqyoluna atan qadın hakim qarşısına çıxarılırQəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin cinayət işi üzrə məhkəmə başlayır.

hia.az xəbər verir ki, cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə müəyyən edilib ki, martın 25-də D.Rəfiyevlə arvadı V.Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı V.Rəfiyevlə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib, cəsədini həyətdəki sanitar qovşağa atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb və onların barəsində cinayət işi açılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi