hia.az
hia.az

Fatimə 15 minlik klipini təqdim etdi - VİDEO

359 dəfə baxılıb 14-11-2018, 13:11

Fatimə 15 minlik klipini təqdim etdi - VİDEORəqqasə Fatimə Fətəliyeva “Cümhuriyyət suitası” adlı yeni klipini təqdim edib.

hia.az xəbər verir ki, mətbuat konfransı edən Fətəliyeva layihəsini Cümhuriyyətin 100 illiyinə həsr etdiyini bildirib:

“Günün ən xoşbəxt insanı mənəm. Bu gün aylardır gözlədiyim layihəmin təqdimatını edirəm. Bəli, vətənimin peşəkar rəqqasəsi olaraq, öz borcumu layiqincə yerinə yetirirəm. Bu işimi Azərbaycanın Cümhuriyyətinin 100 illiyinə həsr etmişəm. Klipdə əziyyət çəkənlərin hər birinə təşəkkür edirəm.

Qobustanda, daşların üzərində oynamaq əziyyətli bir işdir. Həmin gün ayaqlarım yara içərisində idi. Çəkiliş vaxtı rejissorumuz məni incitdi, dalaşdıq, gecələr gündüzə qarışdı. Hərçənd tam istədiyimi almasam da, gələn dəfə burada etmək istədiyimi edərəm”.

“Cümhuriyyət suitası” adlanan bəstənin müəllifi isə Əməkdar İncəsənət Xadimi Nailə Mirməmmədlidir. Ekran işində rejissorluğu Nail Naiboğlu yerinə yetirib.

Mətbuat konfransı zamanı bildirilib ki, klipin 15 min manat büdcəsi var. Çəkilişlər Şəhidlər Xiyabanı və Qobustan Dövlət Qoruğunda baş tutub.

Qeyd edək ki, rəqqasənin təqdimatına media nümayəndələri ilə yanaşı, Xalq artisti Mənsum İbrahimov, müğənnilər Sevda Yahyayeva, Manaf Ağayev, Kərim Abasov, Əhməd Mustafayev, Rəşad İlyasov, Elnarə Xəlilova, Niyam Salami, aparıcılar Vüsalə Əlizadə, Lamiyyə Ələkbərova, rəqqasə Renka və başqa məşhurlar qatılıb.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi