hia.az
hia.az

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

1 dəfə baxılıb Bugün, 10:42

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.

AMB-nin 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən, növbəti qərar sentyabrın 23-də elan ediləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti iyulun 31-də keçirilən son iclasında faiz dəhlizinin bütün parametrlərini dəyişməz saxlayıb. Hazırda uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% təşkil edir.

Son qərar inflyasiyanın dinamikası və proqnozları, valyuta bazarındakı vəziyyət və daxili maliyyə bazarında gedən proseslər nəzərə alınmaqla qəbul edilib.

Avqustda Azərbaycanda 12 aylıq inflyasiya 5,7% təşkil edib. Beləliklə, inflyasiya Mərkəzi Bankın 4±2%-lik hədəf diapazonunda qalmaqla onun yuxarı həddinə yaxın səviyyədədir. Mövcud inflyasiya dinamikası faizlərin azaldılması imkanlarını məhdudlaşdıran amillərdən biri kimi çıxış edir. Eyni zamanda inflyasiyanın hədəf diapazonunu aşmaması faizlərin artırılması istiqamətində təzyiqləri də zəiflədir. Bu baxımdan, sentyabr iclasında faiz dəhlizinin parametrlərinin dəyişməz saxlanılması mümkün ssenarilərdən biri hesab oluna bilər.

AMB-nin son proqnozuna əsasən, illik inflyasiyanın 2026-cı ilin sonunda 6,1%, 2027-ci ilin iyununda 6%, 2027-ci ilin sonunda isə 5,8% olacağı gözlənilir.

Mərkəzi Bank əvvəlki qərarında növbəti dövrdə faiz dəhlizinə dair qərarların inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəyini bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi