Daha beş rayonda “ASAN xidmət” mərkəzi açılacaq - VİDEO

2019-cu ildə Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq.
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, hazırda ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir:
Gələn il isə Azərbaycan vətəndaşlarına beşi Bakıda olmaqla, 20 mərkəz xidmət göstərəcək. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan beş yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Balakən rayonlarında olacaq. Bu beş mərkəzin hər birinin tikintisi artıq başlayıb.
Qurum rəsmisinin sözlərinə görə, noyabr ayının 1-dən “ASAN xidmət”də vətəndaşlara 11 dövlət qurumunun xidmətləri göstərilir.
“ASAN xidmət”ə daxil olan 11-ci dövlət qurumu Qida Təhlükəsizlik Agentliyidir:
“Hazırda mərkəzlərdə 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir”.
Qeyd edək ki, “ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. Müraciəti isə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva edib.
| « Ekim 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||