hia.az
hia.az

Murad Arifdən etiraz: “Sənətçilərə təzyiq göstərməyin”

428 dəfə baxılıb 29-01-2019, 14:44

Murad Arifdən etiraz: “Sənətçilərə təzyiq göstərməyin”
Aparıcı və müğənni Murad Arif "Facebook" status ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi son zamanlar “Youtube” video-hostinqində milyonlarla baxış sayı toplayan ifalardan və bu rəqəmlərlə təhlil aparanlardan danışıb:

“Baxış sayı” - sosioloqlar araşdırıb ki, yüksək reytinqi bir qayda olaraq bəsit kontent verir. Əgər kontent (ifaçı, nəğmə, video) azyaşlılar və yeniyetmələr üçün maraqlıdırsa, bu baxış sayına təsir göstərəcək.

Dünya üzrə ən çox baxış toplayan, ən aktiv maraq qazanan videolar – uşaqların sevəcəyi nəğmələr, bloqlar, oyunlar-oyuncaqların müzakirəsi və cizgi filmləri dayanır. Bəli, gülməli olsa da, reytinqi balacalar təyin edir. "Youtube" tarixində ən çox baxılan videolara baxın, hamısı uşaqlar tərəfindən sevilən təbəqədir.

Sözüm jurnalistlərə, aparıcılara və baxış sayını arqument gətirən hər kəsədir: davamlı olaraq əyləncəli-yoluxucu trek çıxartmaq olmur, dostlar...

Həyat tərzi, düşüncə, yaş və ictimai faktorlar özünü nəğmələrimdə də göstərməlidir. Balaca oğlan uşaqları öz “boylarını” ölçdüyü kimi, media və çox təəssüf ki, tamaşaçılar da, rəqəm trendinə qoşulub”.

Murad Arif dəyərləndirməni rəqəm sayına görə aparan jurnalistlərə isə etiraz edib:

“Etməyin, eləməyin, “kiminki” daha çox baxıldı mövzularına media çox önəm verir. Həddindən çox!

Tənqid, təhlil, müzakirə olsun razıyam. Amma, hər nəğməni, işi baxış sayı ilə dəyərləndirmək olmaz. Bu mövzuda sənətçiyə təzyiq göstərməyin! Sevimli jurnalistlər, artistlərə müxtəlif, fərqli, bəzən dərin, bəzən sosial olmaq imkanını da tanıyın”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi