hia.az
hia.az

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

3 dəfə baxılıb Bugün, 17:22

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB


Nepalın Çinlə sərhəd bölgəsində baş verən torpaq sürüşməsi və sel nəticəsində ölənlərin sayı 668 nəfərə çatıb.

Təqribən 2500 nəfər hələ də itkindir.

***

Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən daşqınlar nəticəsində ölənlərin sayının 579-a yüksəlib.

Fəlakətin təsirinə məruz qalan ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Daşqınlar nəticəsində onlarla körpü dağılıb, yollar zərər görüb və xilasetmə əməliyyatlarına helikopterlər cəlb olunub.

Məlumata görə, 1924 nəfər, o cümlədən 517 xarici vətəndaş hələ də itkin düşmüş hesab olunur.

Təxminən 4 min nəfər daşqın bölgələrindən xilas edilib, axtarış-xilasetmə və yardım işlərinə 15 min təhlükəsizlik əməkdaşı cəlb olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, daşqından əvvəl baş verən 5,2 bal gücündə seysmik hərəkətin səbəbi buzlaqların çökməsi olub. Mütəxəssislər daşqının dağlıq ərazidən qopan buz parçalarının səbəb olduğu uçqun nəticəsində baş verdiyini bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi