hia.az
hia.az

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

268 dəfə baxılıb 24-12-2018, 13:39

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilibBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynov Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru general-mayor Məhəmməd Əhməd Əl-Mərri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə cari ilin yekunları və il ərzində miqrasiya sahəsində əldə olunmuş nəticələr müzakirə edilib, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Baş konsul Cavidan Hüseynov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirib. O, bu əməkdaşlığın cari il ərzində uğurla davam etdirildiyini və daha da möhkəmləndirildiyini diqqətə çatdırıb. Baş konsul Azərbaycan tərəfindən viza rejiminin sadələşdirilməsi istiqamətində atılmış ən son addımlar və sözügedən dəyişikliklərdən sonra Azərbaycana səfər edən şəxslərin sayında müşahidə olunan artım barədə danışıb. O qeyd edib ki, 2018-ci il 26 iyul tarixindən etibarən BƏƏ rezidenti olan şəxslər üçün vizaların hava limanlarında rəsmiləşdirilməsinə başlanılıb. Hazırda BƏƏ rezidentləri asanlıqla Azərbaycana səfər edə və ölkəmizə olan turist vizalarını Bakı, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən beynəlxalq statuslu hava limanlarından əldə edə bilərlər.

Öz növbəsində baş direktor M.Əl-Mərri BƏƏ ilə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu və son illər ərzində bu əlaqələrin daha geniş şəkildə təşəkkül tapdığını vurğulayıb. O, viza rejiminin sadələşdirilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış addımların təqdirəlayiq olduğunu bildirib, bunun iki ölkə arasında turizm əlaqələrinin inkişafına mühüm töhfə olduğunu ifadə edib. O, Azərbaycanın BƏƏ-dən olan turistlərin əsas səyahət istiqamətlərindən birinə çevrildiyini bildirib.

Cavidan Hüseynov səmimi görüşə görə general Məhəmməd Əhməd Əl-Mərriyə təşəkkürünü bildirib və onu Azərbaycana səfərə dəvət edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi