hia.az
hia.az

Seminarda dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulması yolları müzakirə olunur

319 dəfə baxılıb 18-12-2018, 13:37

Seminarda dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulması yolları müzakirə olunurƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbərlikləri və nümayəndələri ilə yanaşı, xarici ekspertlər də iştirak edirlər.

Seminarda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə əhalinin səmərəli məşğulluğunun təmin olunması ilə bərabər, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi istiqamətində də fəal siyasətin həyata keçirilməsinə şərait yaratdığını vurğulayıb. O, BƏT-lə birgə ölkəmizdə “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icra olunduğunu qeyd edərək layiqli əməyin vacib şərtlərindən birinin də əməkhaqqı ilə bağlı olduğunu deyib. M. Kərimli respublikada iqtisadi inkişaf şəraitində əhalinin gəlirlərinin mühüm tərkib hissəsi kimi minimum və orta aylıq əməkhaqqı səviyyələrində mütəmadi artım tempinin mövcud olduğunu diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, ötən dövrdə dövlət qulluğu sisteminin formalaşdırılması çərçivəsində dövlət qulluqçularının əməyinin ödənilməsi və sosial təminatı sistemləri də yaradılıb. Prezidentin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sında dövlət qulluğunun inkişaf istiqamətləri sırasında dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi də yer tutur və seminarın bu sahədə beynəlxalq və yerli təcrübə əsasında müəyyən təhlillərin aparılmasına xidmət etdiyi bildirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev seminarın əhəmiyyəti ilə bağlı fikirlərini qeyd ediblər.

Sonra Rusiya Federasiyasının eksperti, iqtisad elmləri doktoru Vladimir Rojkov əməyin ödənilməsinin sosial-iqtisadi mahiyyətinə, onun roluna dair təqdimatla çıxış edib. Seminarın gündəliyinə “Dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin qurulması sahəsində Azərbaycan Respublikasının təcrübəsi”, “Dövlət qulluqçularının əməyinin ödənilməsinin xüsusiyyətləri”, “Dövlət qulluqçularının əmək münasibətlərinin məzmunu, səlahiyyət və funksiyalarının həyata keçirilməsi, onların məvacibinin formalaşdırılmasının əsas prinsipləri”, “Azərbaycanda büdcədən maliyyələşdirilən təşkilatlarda əməyin ödənilməsinin bəzi məsələləri” və s. mövzularda təqdimatların edilməsi və müzakirələrin aparılması daxildir.

Seminar öz işini dekabrın 18-də yekunlaşdıracaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi