hia.az
hia.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

330 dəfə baxılıb 18-12-2018, 13:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkDekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 ili tamam olur. Bununla əlaqədar, “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hökumət və qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, elmi ictimaiyyətin nümayəndələrinin iştirak edəcəyi konfransda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində yaradılan Nazirliyin Cümhuriyyətin mövcud olduğu tarixi dönəmdə gördüyü işlərə və ötən dövrdə keçdiyi yola nəzər salınacaq.

Konfransda ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində və ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə Azərbaycanda sosial müdafiə sisteminin inkişafı, həssas qruplarla bağlı mühüm sosial proqramlara başlanılması üçün göstərmiş olduğu tarixi xidmətlər xatırlanacaq, Prezident İlham Əliyevin apardığı uğurlu sosial inkişaf strategiyasının davamı olaraq, sosial müdafiə sisteminin gücləndirilməsi, məşğulluğun artırılması, sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması üçün atılan addımlardan bəhs olunacaq, həmçinin əmək, məşğulluq, sosial təminat sahələrində innovativ həllərin geniş tətbiqi, dövlət sosial xidmətlərinin “DOST” layihəsi üzrə vahid platformadan təşkili istiqamətində aparılan işlər, Heydər Əliyev Fondunun sosial əhəmiyyət kəsb edən layihələri diqqətə çatdırılacaq.

Əmək, məşğulluq, sosial təminat sahələrində həyata keçirilən islahatlara, bu sahələrin gələcək inkişaf perspektivlərinə dair elmi-praktik yanaşmalar əsasında müzakirələr aparılması da konfransın gündəliyinə daxildir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi