hia.az
hia.az

Azərbaycan rayonlarında plastik qablar üçün quraşdırılan konteynerlərin sayı açıqlanıb

330 dəfə baxılıb 1-12-2018, 13:09

Azərbaycan rayonlarında plastik qablar üçün quraşdırılan konteynerlərin sayı açıqlanıbAzərbaycan rayonlarında plastik qabların toplanması və çeşidlənməsi üçün quraşdırılan konteynerlərin sayı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ölkədə xidməti ərazidə plastik konteynerlərin quraşdırılması 43 ədəd təşkil edir: "Salyan rayonunda 10, Sabirabad rayonunda 4, Şirvan rayonunda 9, Neftçala rayonunda 13, Saatlı rayonunda 3, İmişli rayonunda 4, Hacıqabul rayonunda isə 4 ədəd plastik toplantıların toplanması üçün konteyner quraşdırılıb".

İdarə rəisi qeyd edib ki, Azərbaycanda, ümumilikdə, 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner yerləşdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi