hia.az
hia.az

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin Xızıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

222 dəfə baxılıb 16-01-2019, 13:28

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin Xızıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 18-də Xızı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, R.Quluzadə yanvarın 24-də saat 12:00-da Xızı şəhərində Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Xızı rayonunda – (023) 315 01 00, Abşeron rayonunda – (012) 342 33 00, Qubadlı rayonu üzrə – (018) 648 33 92, Zəngilan rayonu üzrə – (012) 432 61 66, Şuşa rayonu üzrə – (012) 458 46 86, Sumqayıt şəhərində - (018) 642 35 00 nömrəli telefonlara zəng etmək lazımdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi