hia.az
hia.az

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

6 dəfə baxılıb Dün, 10:57

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək" şüarı ilə sentyabrın 16-da keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın təqdim edildiyi Pekin Syanşan Forumu dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, regional və qlobal təhlükəsizlik problemlərinin sülh yolu ilə həlli üçün ən mühüm platformalardan hesab olunur.

Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 17-dək davam edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi