hia.az
hia.az

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

26 dəfə baxılıb 18-09-2026, 16:05

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Cəlilabad rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

"VAZ 21011" markalı avtomobil dönmə manevri etdiyi zaman arxadan gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Daha sonra toqquşmanın təsirindən "VAZ 21011" yoldan çıxaraq əks istiqamətdə hərəkətdə olan "VAZ 2106" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 4 nəfər – 1980-ci il təvəllüdlü Mirzəzadə Cəlal, Quliyev Elçin (1979), Mirzəzadə Fatimə (2010) və Məmmədova Şəfa (2010) xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi