hia.az
hia.az

Tramp: “Gələcəkdə ABŞ və Rusiya xoş münasibətlərini bərpa edə bilər”

335 dəfə baxılıb 14-01-2019, 14:22

Tramp: “Gələcəkdə ABŞ və Rusiya xoş münasibətlərini bərpa edə bilər”
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp əmindir ki, ABŞ və Rusiya gələcəkdə xoş münasibətləri bərpa edə biləcəklər.

hia.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

Mən Rusiyayla Obamadan, Buşdan və ya Klintondan daha sərt idim. Eyni zamanda, tez-tez deyirəm - Rusiya Federasiyası ilə yola getmək yaxşıdır, pis deyil. Mən inanıram, biz nə vaxtsa yenidən Rusiya ilə yaxşı münasibətlərə malik olacağıq", - deyə Amerika lideri yazıb.

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi