hia.az
hia.az

Dövlət Dəniz Akademiyasında elmi-texniki konfrans keçiriləcək

238 dəfə baxılıb 11-01-2019, 14:04

Dövlət Dəniz Akademiyasında elmi-texniki konfrans keçiriləcək
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) elmi-texniki konfrans keçiriləcək.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, aprelin 4–də Azərbaycan Dövlət Dəniz Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatının inkişaf perspektivləri” tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcək. Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın işində iştirak edə bilərlər. Konfransın işi “Gəmiqayırma və gəmi təmiri”, “Dəniz naviqasiyası”, “Gəmi energetik qurğuları”, “Gəmilərin elektrik avadanlıqları və avtomatikası”, “Tətbiqi mexanika və riyaziyyat”, “Su nəqliyyatının humanitar və dilçilik məsələləri” bölmələri üzrə təşkil ediləcək.

İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 11-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 11-dək ADDA-nın elmi-tədqiqat qrupuna təqdim etməlidirlər. Ən yaxşı məruzələr konfransın tezislər toplusunda dərc olunacaq. Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi