hia.az
hia.az

Dünya iqtisadiyyatının üzərini qara buludlar alıb

231 dəfə baxılıb 10-01-2019, 12:37

Dünya iqtisadiyyatının üzərini qara buludlar alıbDünya Bankı dünya iqtisadiyyatının üzərini “qara buludların” aldığını bildirərək, yeni risklər barədə xəbərdarlıq edib.

hia.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bankın “Qaralan səma” adlı bu ilki qlobal proqnozlarına əsasən, 2019 və 2020-ci illərdə qlobal iqtisadi artım tempi geridə qoyduğumuz illərdən daha ləng olacaq.

İqtisadi inkişaf perspektivlərini qiymətləndirən bank 2020-ci ildə iqtisadi artımın 2,8% - 2,9% səviyyəsində olacağını bildirib.

Ekspertlər bildirib ki, buna baxmayaraq, ölkələrdə iqtisadi göstəricilərin aşağı düşəcəyi ilə bağlı ciddi narahatlıqlar var.

İqtisadi artım tempinin zəifləməsi başlıca olaraq zəngin ölkələrdə, xüsusilə ABŞ-da müşahidə olunacaq. Sonradan Avrozonaya və Yaponiyaya da yol tapacaq.

ABŞ-da geriləməyə prezident Trampın vergi ixtisarlarının təsir edəcəyi bildirilir. Proqnoza görə, 2021-ci ilə kimi ABŞ-ın iqtisadi artımı 1,6%-ə qədər azalacaq.

Digər tərəfdən, bəzi inkişaf etməkdə olan dövlətlərdə, həmçinin, Çində iqtisadi artımın yüksələcəyi (Çində 2021-ci ilə kimi 6%-ə çatacağı) proqnozlaşdırılır.

Bankın proqnozuna görə, maliyyə bazarları da əsas risk faktorlarındandır. ABŞ növbəti dəfə uçot dərəcəsini qaldıracağı təqdirdə, dolların güclənməsi bilavasitə inkişaf etməkdə olan dövlətlərinə iqtisadiyyatlarına təsir göstərəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi