Məşhur klub 15 yaşlı futbolçu ilə müqaviıə imzaladı
"Seltik" 15 yaşlı futbolçu ilə müqavilə imzalayıb.
Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiya klubu Karamoko Dembeleni 2021-ci ilədək heyətinə qatıb. Yarımmüdafiəçi 77 nömrəli formanı geyinəcək.
İndiyədək "Seltik"in gənclər komandasında çıxış edən Dembele ilk dəfə peşəkar müqavilə imzalayıb.
Qeyd edək ki, Dembele 2016-cı ildə 13 yaşında olarkən klubun gənclər komandasında debüt edib.