hia.az
hia.az

Avropa nəhəngləri türk futbolçunu istəyir - Qiyməti açıqlandı

373 dəfə baxılıb 18-12-2018, 13:31

Avropa nəhəngləri türk futbolçunu istəyir - Qiyməti açıqlandıBu mövsüm "Roma"dakı performansı ilə diqqətləri üzərinə çəkən Çingiz Ünderə Avropanın böyük klubları elçi düşüb.

Fanat.az İtaliyanın "Corriere dello Sport" qəzetinə istinadən xəbər verir ki, hazırda türk futbolçunu "Barselona", "Bavariya", "Tottenhem" "Mançester Yunayted" və "Arsenal" heyətinə qatmaq istəyir.

Qəzet iddia edir ki, artıq "Arsenal"ın Çingiz üçün təklifi də hazırdı. "Qarabağ"ın Avropa Liqasındakı keçmiş rəqibi türk futbolçu üçün 32 milyon avro təklif edir.

Amma "Roma" 21 yaşlı futbolçunu bu məğləğə satmaq istəmir. İtaliya klubu Ünder üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Roma" Çingizi ötən yay "Başakşəhər"dən 13,4 milyon avroya alıb. 21 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 20 rəsmi matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi