Türkiyədə avtomobil polis maşını ilə toqquşub: bir polis ölüb, 4 nəfər yaralanıb
Türkiyənin Konya şəhərində yol qəzası baş verib.
“Report” “Haberturk”ə istinadən xəbər verir ki, içərisində polis əməkdaşlarının olduğu maşınla digər avtomobilin toqquşması nəticəsində bir asayiş keşikçisi ölüb, 4 nəfər yaralanıb.
Yaralananlardan ikisi polis əməkdaşıdır. Hadisənin səbəbləri araşdırılır.