hia.az
hia.az

Bakıda qadını döyərək qulağında olan qızıl sırğanı aparan şəxsə hökm oxunub

263 dəfə baxılıb 7-12-2018, 15:32

Bakıda qadını döyərək qulağında olan qızıl sırğanı aparan şəxsə hökm oxunubBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirli bilinən Azər Adıgözəlovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, bu ilin avqustun 30-da Nizami rayonunda Mənzurə Kərimovaya qarşı quldurluq edilib. Bu barədə zərərçəkən Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə məlumat verib.

Belə ki, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib.

Məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A,Adıgözəlov saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı onu qadına sellofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirdiyi məlum olub.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

A.Adıgözəlovun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi