hia.az
hia.az

Ankarada partlayış olub, xəsarət alanlar var

324 dəfə baxılıb 4-12-2018, 14:17

Ankarada partlayış olub, xəsarət alanlar varTürkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.

Partlayışa qaz sızması səbəb olub. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Xəsarət alanlardan 3-ünə hadisə yerində tibbi yardım göstərilib, digər 4 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Partlayışdan sonra kafedə yanğın baş verib. Lakin əraziyə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi