hia.az
hia.az

Bakıda cibgirlik edən şəxs saxlanıldı

430 dəfə baxılıb 28-01-2019, 13:10

Bakıda cibgirlik edən şəxs saxlanıldı
Yasamal rayon Polis idarəsi 29-cu polis şöbəsinə müraciət edən paytaxt sakini olan bir qadın Ə.Əhmədov küçəsi 8 ünvanında yerləşən paltar mağazasının qarşısında tanımadığı şəxsin onun içərisində 1800 manat olan əl çantasını oğurladığı barədə məlumat verib.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Yasamal RPİ və 29-cu PŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Emin Məmmədov saxlanılıb. Onun ətrafında aparılan tədbirlər zamanı paytaxt sakinləri Şamxal Zülfüqarovun cibindən 983 manat, Bəhruz Qasımovun cibindən 1130 manat və daha bir qadının çantasından isə 440 manat oğurladığı məlum olub.

Faktlarla bağlı Yasamal rayon Polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Polis əməkdaşları E.Məmmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və 29-cu PŞ-nə müraciət edə bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi