hia.az
hia.az

Eldar Yunusov:Azərbaycan yüksək sürətlə inkişaf edir

284 dəfə baxılıb 6-12-2018, 21:46

Eldar Yunusov:Azərbaycan yüksək sürətlə inkişaf edir
Artıq 26 ildir ki, Azərbaycan Xalqı ictimai –siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü –müstəqillik dövrünü yaşayır. Bu dövür ərzində ölkəmiz dünya miqyasında sürətlə inkşaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkşaf modelinin uğurla tətbiqi və hədflənən nəticələrin əldə olunması, Sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar həyata keçirlən tədbirlər Azərbaycanın dinamik inkşafını təmin edən faktorlar hesab edilir. Qeyid etmək yerinə duşər ki , müstəqil dövlətmizin sürətli və ardıcıl inkşafına təkan verən bütün bu tədbirlər böyük uzaq görənliklə hazırlanmış inkşaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. muasir Azərbaycan dövlətinin qurucusu , ümummlli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyasının Prezident İlham Əliyev tərəfinən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirlən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Ötən 11 ilin nəticələri və yekunları br daha sübut edir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyasıhər bir sahənin paralel inkşafını ən yüksək səviyyədə təmin edib və bu tendesiya ardıcıl sürətdə davam etməkdədir . Ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial siyasətin aktual təlabatlara və müasir reallıqlara müvafiq sürətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması , sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədləri reallaşdırıb . Digər tərəfdən, sosial siyasətin əsas komponenti olan iqtisadi inkişafın təmin edilməsi bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Bu gun tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi