hia.az
hia.az

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

3 dəfə baxılıb Dün, 11:02

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət edilib.

Ziyarət zamanı həmçinin Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı olub.

Mərasimdə Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Ombudsman Aparatının rəhbərliyi, diplomatik korpusun nümayəndələri, eləcə də, Milli Məclisin üzvləri, mədəni-elmi ictimaiyyət, həmçinin mərhum yazıçının ailə üzvləri iştirak ediblər.

Çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq yazıçısı Elçinin Azərbaycan ədəbiyyatında önəmli yerə sahib olduğunu qeyd edib. Nazir müavini bildirib ki, Elçinin yaradıcılığı yaşadıqca özü də insanların xatirəsində yaşayaq.

Xalq yazıçısı Anar da, öz növbəsində, Elçinin xatirəsinə ehtiramını bildirirək onun yaradıcılığını Azərbaycan ədəbiyyatı üçün yeni bir cığır adlandırıb.

Xalq yazıçısının qızı deputat Günay Əfəndiyeva bildirib ki, atasının vəfatından sonra davamlı şəkildə insanlardan xoş sözlər eşidib: "Atam çox şərəfli ömür yaşayıb və mən şadam ki, onun vəfatından sonra hər kəs onu xoş xatirələrlə yad edir, xatirəsini yaşadır".

G.Əfəndiyeva, həmçinin Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə də Xalq yazıçısının xatirəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi