hia.az
hia.az

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

15 dəfə baxılıb 14-07-2026, 17:09

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 6 ay müddətinə uzadılıb.

Bu barədə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimat üzrə qərar qəbul olunub.

Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
2025-ci il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 2025-ci ilin 14 oktyabrında Musa Şəkiliyevin həbs müddəti 4 ay müddətində, 2026-cı ilin 13 fevralında isə həbs müddəti 5 ay müddətində uzadılıb.
Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi