hia.az
hia.az

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub - FOTO

15 dəfə baxılıb 14-07-2026, 16:04

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub - FOTO

Qarabağ Universitetində yeni mətbuat katibi təyin olunub.

Bu barədə universitetin rəsmi "Facebook" hesabında paylaşım edilib.

Cəmilə Rəsul qızı İsmayılzadə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu barədə Universitetin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.

Cəmilə İsmayılzadə bakalavriat təhsilini Bakı Dövlət Universitetində (Beynəlxalq münasibətlər ixtisası üzrə), magistratura təhsilini isə Almaniyanın Ayxştett-İnqolştadt Universitetində (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində) alıb.

C.İsmayılzadə bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, UFAZ layihəsində, Azərbaycan İdman Akademiyasında rəhbər vəzifələrdə çalışıb. Bu təyinata qədər C.İsmayılzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilati komandasında şöbə müdiri vəzifəsində işləyib.

Çoxsaylı beynəlxalq təqaüd və təlim proqramlarının məzunu olan C.İsmayılzadə ictimaiyyətlə əlaqələr, kommunikasiya, universitet idarəetməsi və beynəlxalq əməkdaşlıq sahəsində zəngin təcrübəyə malikdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi