hia.az
hia.az

1150 nəfərin Azərbaycana girişinə qadağa!

127 dəfə baxılıb 15-08-2024, 11:28

1150 nəfərin Azərbaycana girişinə qadağa!


Ötən ay İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 1 150 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.

Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 224, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 926 qərar qəbul edilib.

Bunlardan 882-si Miqrasiya Məcəlləsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 44-ü Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi