hia.az
hia.az

ABŞ Türkiyəni hədələdi: Qarşılıq verəcəyik!

122 dəfə baxılıb 7-08-2024, 14:34

ABŞ Türkiyəni hədələdi: Qarşılıq verəcəyik!

ABŞ texnologiyasının qeyri-leqal yollarla Rusiyaya satışını dayandırmağımız üçün Türkiyənin köməklik göstərməsi lazımdır.

Bu sözləri ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod “Faynənşl Tayms”a müsahibəsində deyib.

O qeyd edib ki, Vaşinqtonun Türkiyədən əsas tələbi ABŞ mənşəli çip və digər hissələrin Rusiyaya tədarükünün qarşısını almaqdır.

“Türkiyə Moskvanın savaş maşını üçün həyati önəm daşıyan ABŞ mənşəli çiplərin Rusiyaya ixracına məhdudiyyətlər tətbiq etməsə, qarşılıq verməkdən başqa çarəmiz qalmayacaq”, - o vurğulayıb.

Akselrod Ankara və İstanbulda Türkiyənin səlahiyyətli şəxsləri ilə bu mövzuda görüşüb, müzakirə apardığını da əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi